Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İçəri şəhər” Hindistanda nümayiş olundu

“İçəri şəhər” Hindistanda nümayiş olundu

Date: 29 November 2016 14:51

“İçəri şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, festival noyabrın 20-dən 28-dək Qoada keçirilib. Festivalda filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella iştirak edib.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırıblar.


Tags:  İçəri şəhər Hindistanda nümayiş olundu

RƏYLƏR


Top news