İlk dəfə Azərbaycan gözəllik kraliçası seçiləcək - FOTO

İlk dəfə Azərbaycan gözəllik kraliçası seçiləcək - FOTO
14:52 29 Noyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

"EL&TUR" PRODUCTION-ın hazırladığı, Azərbaycanda ilk dəfə keçiriləcək "BEAUTY QUEEN of AZERBAİJAN" (Azərbaycan Gözəllik Kraliçası) yarışının ilk kastinqi keçirilib. Xanımların qatıldığı yarışın kastinq münsif heyəti Azərbaycanın əməktar artisti Tünzalə Ağayeva, Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilova, modelyer-dizayner Afaq İsmayılova, stilist Nəsir Babayev, aparıcı-aktyor Şəhriyar Əbilov, aktyor Elmir İsmayılov olublar. Yarışa qatılmaq üçün 40-dan çox 16-28 yaş arası xanım müraciət edib. Kastinqin aparıcısı aktrisa-aparıcı Cəmilə Tağızadə, ifaçı qonaq isə tanınmış gənc müğənni Ayaz Babayev olub. Yarışın növbəti və sonuncu kastinqi dekabrın 10-da keçiriləcək. Yarışın yarımfinal və final gecəsinin ifaçı və stilist qonaqları Türkiyədən dəvət olunacaq.

Yarışın 1-2-3-cü yer sahibləri mükafatlandırılacaqlar. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda ilk dəfə belə möhtəşəm və tam fərqli gözəllik yarışı keçirilir. Qeyd edək ki, EL&TUR Production rəhbərləri Azərbaycanın Türkiyədəki aktyoru Elmir İsmayılov (rol aldığı filmlər - "Kurtlar Padisi Pusu", "Arka sokaklar", "Eski hikaye", "Avrupa-avrupa" və s., rol aldığı klip - Salma Rachid, Nazlı Mengi və s.) və layihənin icraçı və təşkilatçı direktoru Türkan Novrdur. Yarışın prodüseri Orxan Salmandır. Layihəyə qatılmaq üçün yarışın prodüseri Orxan Salman (070)938 08 18 və ya instagram:beautyqueenaz, facebook:beautyqueenaz ilə elaqə saxlaya bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR