Brüsseldə Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib

Brüsseldə Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib
14:52 29 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Belçikanın Brüssel şəhərində Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçiriblər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib.
Belə ki, əllərində girovların şəkillərini tutan QHT təmçilçiləri onların qanunsuz həbsinə etiraz edib və azadlığa çıxmalarını tələb ediblər.
Aksiyada Qubad İbadoğlu ilə yanaşı, digər QHT-lərin sədrləri - Sahib Məmmədov, Samir Əliyev, Vüqar Bayramov, Əvəz Həsənov və başqaları iştirak ediblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/brusselde-dilqem-esgerov-ve-sahbaz-quliyeve-azadliq-telebi-ile-aksiya-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR