Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan əmr verdi: yeni ORDU QURULUR

Ərdoğan əmr verdi: yeni ORDU QURULUR

Date: 29 November 2016 14:53

Ərdoğanın əmri ilə Türkiyə yeni kiber ordu qurmaq üçün hərəkətə keçib.

Publika.az
xəbər verir ki, məqsəd kibertəhlükəsizliyi təmin etməkdir.

Türkiyə mediasının məlumatına görə, hazırda bununla bağlı dünya təcrübəsi öyrənilir. Xüsusilə ABŞ, Cənubi Koreya, İsrail, Çin kimi ölkələrin təcrübəsindən istifadə olunacaq.

Kiber ordu dövlətə hər-hansı təhlükə yaranacağı təqdirdə, dərhal hərəkətə keçəcək. Həmçinin, əsas prinsip “Ən yaxşı müdafiə hücumdur” olacaq.

Ordunun tərkibində ən güclü xakerlər təmsil olunacaq və onlar müqavilə ilə işləyəcəklər.

Asif


Tags:  Ərdoğan əmr verdi yeni ORDU QURULUR

RƏYLƏR


Top news