Təyyarə qəzasından sağ çıxan futbolçular - ADLAR

Təyyarə qəzasından sağ çıxan futbolçular -   ADLAR
14:57 29 Noyabr 2016
178 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Şapekoense" klubunu aparan təyyarənin Boliviyanın Medellin şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 76 nəfər həlak olub. Onlardan 19-u futbolçu, 8-i klub rəsmisi, 21-i jurnalist olduğu bildirilir.


Təyyarədə olan daha 5 nəfər isə xilas edilib. Xilas edilənlərdən 3-ü futbolçudu.


Fanat.Az xəbər verir ki, xilas edilən futbolçuların kimliyinə aydınlıq gəlib. Məlumata görə, qapıçılar 31 yaşlı Danilo və 24 yaşlı Follmann, 27 yaşlı müdafiəçi Alan Rusçelin sağ olduğu müəyyənləşib. Onlar Rioneqro və La Kejadakı xəstəxanalara yerləşdirilib.


Qeyd edək ki, qəzada “Xəzər Lənkəran”ın sabiq üzvü Tieqo de Xesus və "İnter"in keçmiş futbolçusu Filipe Maçado həlak olub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tyyar-qzasndan-sa-cxan-futbolcular-t54549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR