Kəşfiyyatdan ŞOK ƏMƏLİYYAT: “Almaniya planı” de-şifrə oldu

Kəşfiyyatdan ŞOK ƏMƏLİYYAT: “Almaniya planı” de-şifrə oldu
15:03 29 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə kəşfiyyatı PKK və YPG-nin (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı-red) Almaniya planını de-şifrə edib.

Publika.az
xəbər verir ki, xüsusi təyinatlı qüvvələr Atatürk hava limanında PKK-nın şəhərlərdə fəaliyyət göstərən təşkilatı KCK-nin Türkiyə üzrə “nümayəndəsi” Sara Aktaşa qarşı əməliyyat keçiriblər. Aktaş Ruken Şahin adlı saxta pasportla tutulub.

Həmin dəqiqələrdə digər qrup Sabiha Gökçen hava limanında da əməliyyat keçirib. YP-nin rəhbərliyində təmsil olunan Suriya vətəndaşı M.K. həbs olunub. O da Aktaş kimi saxta pasportla Almaniyaya getmək istəyib.

Məlumatlara görə, YPG-li M.K. və Sara Aktaş Almaniyada PKK-nın Avropadakı liderləri ilə görüşərək, bölgədə həyata keçirmək istədikləri yeni xaos planının və yeni terror hücumlarının təlimatını alacaqlarmış.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR