Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib

Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib

Date: 29 November 2016 15:05

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis meydan sahiblərinin minimal hesabla qalib gələcəklərini bildirib. 
"Obyektiv olsaq, "Qarabağ" daha yüksək keyfiyyətli yerli oyunçulara malikdir. Bu komandanın qalib gələcəyini əvvəlcədən deyə bilərəm. Hesab? Qoy 1:0 olsun", - deyə baş məşqçi vurğulayıb. 
Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq. 

Milli.Az


Tags:  Robert Prosineçki Qarabağ Qəbələ matçına proqnoz verib


RƏYLƏR


Top news