Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"

Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"
15:07 29 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycan və Cənubi Afrika bir sıra sahələr, o cümlədən aviadaşınma sahəsi üzrə 7 memorandum imzalamağa hazırdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabene brifinqdə deyib.
Xanım nazir həmçinin Cənubi Afrikanın Azərbaycanla diplomatik məsləhətləşmələrin dövlətlərarası səviyyəyə qədər artırılmasında maraqlı olduğunu qeyd edib: "Bu səfərin müsbət nəticələri var. Bu nəticələr üzərində işi davam etdirmək lazımdır".
Jurnalistlərin sualını cavablandıran M.Nkoane-Maşabane Cənubi Afrikanın Bakıda diplomatik missiya açmağı planlaşdırdığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/maite-nkoana-masabene-cenubi-afrika-bakida-diplomatik-numayendelik-acmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR