Piylənmə, diabet, qanazlığı və bağırsaq qurdları ilə mübarizədə ən effektli ƏDVİYYAT

Piylənmə, diabet, qanazlığı və bağırsaq qurdları ilə mübarizədə ən effektli ƏDVİYYAT
15:18 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Zirə xüsusi ilə hind mətbəxində istifadə edilən populyar ədviyyatdır.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, bu ədviyyatın sağlamlıq üçün saysız-hesabsız faydaları var. Biz bu gün oxucuları onun bəzi üstünlükləri ilə tanış olmağı təklif edirik.

Əsasən mədə-bağırsaq, qaraciyər. nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici, sidikqovucu və digər təsirə malikdir.

1. Mədə pozulması simptomlarını yaxşılaşdıracaq

Əgər sizin mədəniz pozulubsa, eyni miqdarda quru zəncəfil, zirə, qara istiot və duzu qarışdırın. Siz bu qarışığı yeməkdən sonra bir xörək qaşığı təmiz su ilə içməlisiniz və dərhal yüngüllük hiss edəcəksiniz.

2. Orqanizmdə qələvi maddələrin miqdarını artırır

Xam şəkildə zirə istifadəsi turşululuq səviyyəsinə nəzarət etməyə kömək edəcək.

Siz onu eyni miqdarda şəkərlə və keşnişlə qarışdırıb istifadə bilərsiniz. Hazırlanmış qarışığı gündə iki dəfə su ilə için. Bu üsul da turşluq dərəcəsini normallaşır.

3. Parazitləri məhv edir

Səhər və axşam 400 ml içməli suya təqribən 15 qram zirə qarışdırıb su 100 ml qalana qaynadın. Sadəcə 20-40 ml için və bu, qısa müddətdə bağırsaqlar qurdulardan təmizlənəcək.

4. Xroniki qusmaya faydalıdır

Xroniki qusma problemindən qurtulmaq üçün sadəcə bir xörək qaşığı qızardılmış zirəni təbii bal ilə qarışdırın və hər dəfə yeməkdən əvvəl qəbul edin.

5. Soyuqdəyməyə və öskürəyə kömək edir

Antiseptik xüsusiyyətlərə malik olan zirə döş qəfəsində toplanmış bəlğəmi səmərəli şəkildə çıxarır. Bu, sizə quru öskürəkdən xilas olmağa imkan verəcək və soyuqdəymə simptomlarını yaxşılaşdıracaq. Bunun üçün sadəcə, bir neçə zirə toxumunu qaynadın və sonra süzgəcdən keçirib suyunu için.

6. Yuxusuzluğa qarşı effektlidir

Bananı püre halına gətirib ona təxminən yarım çay qaşığı qızardılmış zirə tozu əlavə edin. Zirəli bananı nahardan sonra yeyin və siz körpələr kimi mışıl-mışıl yatacaqsız.

7. Qarın ağrılarından azad edir

Qarındakı ağrını yüngülləşdirmək üçün sadəcə 3 qram zirə tozunu isti su ilə qarışdırıb için.

8. Anemiya müalicəsində çox təsirlidir

Əgər siz dəmir çatışmazlığından əziyyət çəkirsinizsə və ya hamiləsinizsə, onda zirə bu məsələdə həqiqətən təsirlidir. Dəmirlə zəngin olan bu bitki orqanizmdə dəmirin səviyyəsini qısa müddətdə artırır.

9. Qaraciyəri təmizləyir

Gündəlik zirə istifadəsi qaraciyər faydalıdır. O, qaraciyəri təmizləyəcək və beləliklə orqanizmi sizin üçün təhlükəli olan zəhərlərdən xaric edəcək.

10. Qəbzlik

Zirə qəbzlik problemininin də öhdəsindən gəlməyə kömək edir. Bunun üçün siz qida rasionunuza eyni miqdarda olan aşağıdakı inqrediyentləri: quru zəncəfil, zirə, qara istiot və kerri tozunu daxil edin. Qəbzlik problemini yüngülləşdirmək üçün yanında duz, düyü və yağ yeyin.

11. Diabetə qarşı effektlidir

Qanda şəkərin səviyyəsini azaltmaq üçün 1 stəkan suya zirə tozu əlavə edib gündə azı iki dəfə için.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/177795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR