"Azercell" Bakı və Abşeronda 4G şəbəkəsini 85%-ə qədər gücləndirib

"Azercell" Bakı və Abşeronda 4G şəbəkəsini 85%-ə qədər gücləndirib
15:22 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC “Bakutel 2016” beynəlxalq İKT sərgi-konfransında stend ziyarətçilərinə yüksək sürətli mobil internetin gücünü nümayiş etdirir.
“Report” xəbər verir ki, buraya müxtəlif "smart" cihazlar, o cümlədən məlumatların toplanması və mübadiləsi, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsi, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, proqram təminatı ilə təchiz edilən intellektual nəqliyyat sistemi ilə təmsil olunan "Əşyalarıın İnterneti" (Internet of Things) daxildir.
“Azercell”in prezidenti Vahid Mürsəliyev çıxışında bildirib ki, şirkət 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim etməyi nəzərdə tutub: “Növbəti il müxtəlif kampaniyalar çərçivəsində abunəçilərimizə 15 mln. manatlıq smartfon paylamağı planlaşdırırıq. Burada əsas məqsəd müştərilərimizin mobil internetdən rahat şəkildə istifadəsini təmin etməkdir. Yeni ildə gətiriləcək smartfonların əksəriyyəti “İPhone” modeli olacaq. Bu il ilkin mərhələdə abunəçilərə 2 minə qədər “İPhone 7” smartfonu verilib. Ümumiyyətlə hər zaman olduğu kimi, gələn il də şirkət abunəçilərini keyfiyyətli internet, şəbəkə və digər xidmətlərlə təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirəcək”.
V.Mürsəliyevin sözlərinə görə, “Azercell” bu il Bakı və Abşeron yarımadasında 4G şəbəkəsinin 85%-ə qədər gücləndirilməsinə nail olub: “Şirkət gələn ildən başlayaraq Azərbaycanın bütün bölgələrində 4G şəbəkəsini daha da genişləndirməyi hədəfə alıb. Eyni zamanda, bu ilin may ayından başlayaraq, bütün “Azercell” abunəçiləri 4G xidmətini dəstəkləyən SİM-kartlarını ödənişsiz əldə etmək imkanı qazanıb. Nəticədə, müştərilərimiz arasında 2016-cı il üzrə mobil internetdən istifadə həcmi 60% artıb. Hazırda “Azercell” ölkədə ilk və ən geniş LTE (4G) şəbəkəsini təqdim edir”.
Şirkətin sərgidə olan stendi üç hissədən ibarətdir. Burada ən son texnoloji innovasiyalar və “Azercell”in yüksək sürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar, xidmətlər, məsələn, artıq məşhur olan “Bookmate” əlavəsi, "Video streaming" (video axını), eləcə də "Əşyaların İnterneti"nə aid ən son cihazlar və yeniliklər, məsələn, "Microsoft HoloLens" və s. trendlər, məhsullar nümayiş olunur.
“Bakutel 2016”-nın açılış günündə şirkət dünyanın məşhur “Music Streaming” (musiqi axını) xidməti olan “Zvooq” əlavəsini rəsmi istifadəyə verib. “Azercell” müştəriləri ayda yalnız 3,5 manat abunə haqqı ödəməklə, “Zvooq” əlavəsi üçün mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə təklifi qazanır.
Peşəkar inkişafla maraqlanan şəxslər eyni zamanda stenddə təklif olunan “Azercell Akademiyası”nın təhsil xidmətləri ilə tanış ola bilərlər. Gənc şirkətlər və sahibkarlar isə “Bakutel 2016” sərgisində öz yeni layihələrini təqdim edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyindən yararlana bilərlər.
“Virtual ATS” korporasiyalara düzgün vahid kommunikasiya sisteminin bütün faydalarını təklif edir. Şirkətin “Virtual ATS” xidməti bütün ofis və əməkdaşları bir ümumi şəbəkədə birləşdirir ki, bura həm mobil, həm də stolüstü telefonlar daxildir. “Virtual ATS” xidməti uzaq olan mobil istifadəçilərin şirkətlə əlaqəsini təmin edir.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Norveçdə yeniyetmə qız ticarət mərkəzində adam vurdu

27 İyul 2017 08:52

Yeni bilərzik yuxulamanın qarşısını alacaq

27 İyul 2017 08:52

ABŞ-da təyyarə qəzaya uğrayıb: 4 ölü

27 İyul 2017 08:47

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyul 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

27 İyul 2017 08:47

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi

27 İyul 2017 08:47

Rakkada vəziyyət pisləşdi

27 İyul 2017 08:43

Rihanna Makron ilə təhsil məsələlərini müzakirə edib

27 İyul 2017 08:42

Zabratda dava edənləri ayırmaq istəyən şəxs bıçaqlanıb

27 İyul 2017 08:42

Wi-Fi emosiyaları müəyyənləşdirəcək

27 İyul 2017 08:42

Yasamalda dava: yaralı var

27 İyul 2017 08:37

Venesuelada etiraz aksiyaları: ölənlərin sayı 100-ü ötüb

27 İyul 2017 08:37

Fahit Terim getdi, Arda Turan milliyə dönür?

27 İyul 2017 08:37

"Samsung" simsiz qulaqcıqlarını təqdim edəcək

27 İyul 2017 08:37

Misirdə yeni Milli Şura yaradılıb

27 İyul 2017 08:32

Firefox brauzeri yeniləndi

27 İyul 2017 08:32

Astarada müəllim velosipedlə kəndləri gəzərək kitab payladı - VİDEO

27 İyul 2017 08:28

Malidə helikopter qəzası: ekipaj həlak oldu - YENİLƏNİB

27 İyul 2017 08:27

Hokinq: "Yaxın 30 ildə Aya köçmək lazımdır"

27 İyul 2017 08:27

Bakıda yolu keçmək istəyəni avtomobil vurub

27 İyul 2017 08:27

Abşeronda 3 sərnişin vaqonu yanıb

27 İyul 2017 08:22

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin S TATİSTİKASI

27 İyul 2017 08:22

5G şəbəkəsi inkişaf etdiriləcək

27 İyul 2017 08:22

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularla dalaşdı - FOTO

27 İyul 2017 08:22

Attraksionda qəza: 1 ölü, 7 yaralı

27 İyul 2017 08:18

Hacıqabulda 4 otaqlı ev yanıb

27 İyul 2017 08:17

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəza - FOTO - YENİLƏNİB

27 İyul 2017 08:17

Yeni hücum tipi yayılıb

27 İyul 2017 08:17

Rusiyada 4 işçi kanalizasiyada öldü

27 İyul 2017 08:12

YouTube-da qəfil yenilik var

27 İyul 2017 08:12

"Yuventus" Beynəlxalq Çempionlar Kubokunda PSJ-ni məğlub edib

27 İyul 2017 08:07

Süni intellektin imkanları şişirdilir

27 İyul 2017 08:05

Tramp əmək haqqını təhsil nazirliyinə verib

27 İyul 2017 08:05

Paint hələ "ölməyib"

27 İyul 2017 08:05

Avropa Liqası: “Qəbələ”nin “Panatinaikos” sınağı

27 İyul 2017 08:03

Google Play-də 400 əlavə yeni virusa yoluxub

27 İyul 2017 07:52

Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB

27 İyul 2017 07:42

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək

27 İyul 2017 07:42

“Qəbələ” “Panatinaikos”la üz-üzə - YENİLƏNİR

27 İyul 2017 07:42

Robot texnikası bazarı böyüyəcək

27 İyul 2017 07:42

Şəbəkə yemək resepti verəcək

27 İyul 2017 07:37

Kralın doğum gününə 1066 tısbağa hədiyyə edildi

27 İyul 2017 07:33

Payız üçün kolleksiya - FOTO

27 İyul 2017 07:32

Avropa Liqası: “Qəbələ” növbəti oyununa çıxır

27 İyul 2017 07:29

Bu gün "Qəbələ" "Panatinaikos"la qarşılaşacaq

27 İyul 2017 07:22

Elastik “Lenovo” planşeti göstərildi - VİDEO

27 İyul 2017 07:22

Kosmik hotel layihəsi təqdim olunub

27 İyul 2017 07:12

Yanğınla bağlı təxliyə edilən abituriyentlər bu gün yenidən imtahan verir

27 İyul 2017 07:09

ABŞ-da attraksionda qəza zamanı 1 nəfər ölüb, 7-si yaralanıb

27 İyul 2017 06:37

Saakaşvilidən Poroşenkoya cavab: “Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz”

27 İyul 2017 06:34