Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“BW Offshore” sifarişçilərini itirir

“BW Offshore” sifarişçilərini itirir

Date: 29 November 2016 15:27

Bakı. 29 noyabr. REPORT.AZ/ “Statoil” (Norveç) və “Petronas” (Malayziya) şirkətləri iki neft hasilatı, saxlanması və boşaldılması üçün üzən qurğu (FPSO) üzrə müqavilələri yenilənməyəcəyi və gələn il qüvvədən düşəcəyi ilə bağlı Norveçin FPSO təchizatçısı “BW Offshore” şirkətini məlumatlandırıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, şirkət FPSO icarəsi ödənişini etməyən sifarişçisinə qarşı məhkəmə işi açıb. Bu, şirkətin 2016-cı ilin III rübünün maliyyə yekunlarında bildirilib.
“BW Offshore” bildirib ki, III rüb ərzində əməliyyat modelindəki dəyişikliklə bağlı olaraq, “Statoil” 2017-ci ilin iyun ayından etibarən müqavilə müddətini uzatmayacaq.
“Petronas” şirkətindən “BW Offshore”a bildirilib ki, 2017-ci ilin mayından etibarən “Berge Helene FPSO” üzrə müqavilənin müddətini uzatmayacaq. FPSO hazırda Mavritaniya ərazisindədir.
“BW Offshore” qurğunun yataqdan çıxarılması və demobilizasiyası ilə bağlı işlər üzrə sifarişçi ilə danışıqlar aparır. Şirkət ödənilməmiş gündəlik məbləğin Nigeriyada “Sinopec”in törəmə şirkəti olan “Addax” icraçısı “Sendje Berge FPSO”-dan alınması ilə bağlı iş aparır.
Qurğu sahibi bildirib ki, "Addax Petroleum Exploration Ltd.” müəyyən müddət ərzində “FPSO Sendje Berge” üzrə müqavilədə göstərilən tam məbləği şirkətə ödəməyib: “BW Offshore” ödənişin əsassız olaraq edilməməsinin səbəblərini araşdırır və artıq məhkəmə işlərinə başlayıb”.
III rübdə şirkət arbitrasiya tribunalına 52,6 mln. ABŞ dolları məbləğində iddia təqdim edib. Hazırda “BW Offshore” arbitrasiya tribunalının növbəti iclasının nəticəsini gözləyir.
“BW Offshore” bu ilin III rübündə 11,2 mln. dollar zərərlə üzləşib ki, bu göstərici ötən ilin müvafiq dövründə 7,3 mln. dollar olub. Hesabat dövründə əməliyyat gəlirləri 159,6 mln. dollar təşkil edib ki, bu da ötən ilkindən 308,7 mln. dollar azdır.


Tags:  Offshore sifarişçilərini itirir


RƏYLƏR


Top news