"Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir"

"Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir"
15:32 29 Noyabr 2016
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov Tarif (qiymət) Şurasının son qərarına münasibət bildirərkən deyib.

Millər vəkili bildirib ki, Tarif (qiymət) Şurası bu qərarı qəbul etməmişdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb:

"Aparılan bu təhlillərdən sonra belə bir addım atılıb. 2016-cı il bütün dünya üçün, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Amma, eyni zamanda, reallıqlar da var".

E.Nəsirov bildirib ki, Tarif (qiymət) Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR