"Uşaqlar arasında mövsümi xəstəliklərlə bağlı ciddi təhlükə yoxdur"

"Uşaqlar arasında mövsümi xəstəliklərlə bağlı ciddi təhlükə yoxdur"
15:39 29 Noyabr 2016
119 Digər
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycanda bu il uşaqlar arasında mövsümi xəstəliklərlə bağlı ciddi təhlükə yoxdur”.

 

Lent.az-ın məlumatına görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

 

N. Quliyevin sözlərinə görə, ölkədə uşaqlar arasında virus və bakteriya mənşəli xəstəliklərin epidemiyası mövcud deyil: “ Əvvəlki illərdə olduğu kimi indi də soyuq havaların başlanması ilə bağlı soyuqdəymə xəstəlikləri çoxalmağa doğru gedir. Bu da əslində valideynlərin günahı sayılır. Çünki valideynlər uşaqların geyimi, sağlamlıqlarına diqqət yetirmirlər. Diqqətli olmayanda, soyuqda uşağı havaya uyğun geyindirməyəndə, yayda uşaqların sağlamlığını möhkəmləndirmək üçün profilatik tədbirlər aparılmadıqda, xəstə uşağı məktəbə, bağçaya göndərəndə mövsümi xəstəliklərin sayı çoxalır. Halbuki uşaqların sağlığına qarşı nə qədər diqqətli olsaq, mövsümi xəstəliklərin  sayının azalmasına nail ola bilərik”.

 

N.Quliyev bildirib ki, uşaqların xəstələnməməsi üçün qidalanma ən vacib faktorlardan biridir: “Uşaqlara qarşı hər kəs diqqətli olmalıdır. Qışın hazırlığını yazda və yayda görmək lazımdır. İsti yaya günlərində uşağı dənizə aparmaq, günəş vannası, qum vannası qəbul edilməlidir. Uşaqlar tam keyfiyyətli qida ilə qidalandırılmadıqda çoxsaylı problemlər ortaya çıxır. Soyuq havalarda uşaqları adaptasiya aparmaq şərti ilə havaya çıxarmaq vacibdir. Məsələn, Moskvada yeni doğulmuş çağaları da mənfi 10-15 dərəcədə bayırda gəzdirirlər. Açıq hava həm böyüklərə həm də uşaqlara faydalıdır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR