Saxta avro satışı ilə məşğul olanlar tutuldular - FOTO

Saxta avro satışı ilə məşğul olanlar tutuldular - FOTO
15:47 29 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə 3 nəfərdən ibarət cinayətkar dəstənin qeyri-qanuni yolla ölkəmizə külli miqdarda saxta xarici valyuta olan avro keçirmələri, o cümlədən həmin əsginasların satış ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
 
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin dəstənin üzvləri  - Ukrayna vətəndaşı Valentina Bilik, Gürcüstan vətəndaşı Taleh Nayibov və Abşeron rayon sakini Kamandar Əmirov Bakı şəhərində ayrı-ayrı şəxslərə saxta 500 avroluq əsginaslar satan zaman saxlanılıblar.
 
Onların üzərinə baxış keçirilən zaman əlavə olaraq 9500 avro məbləğində saxta pul aşkar olunaraq götürülüb.
 
Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta avrolar həqiqi əsginaslardan heç də çox fərqlənmir və onların müdafiə nişanları xüsusi üsullarla saxtalaşdırılıb.
 
Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə satıb həqiqi valyutaya çevirəndən sonra ölkə ərazisini tərk etmək niyyətində olublar.
 
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/494144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR