Nazir: "Azərbaycan vətəndaşların İKT imkanlarından yararlanması üçün mühüm addımlar atıb"

Nazir: "Azərbaycan vətəndaşların İKT imkanlarından yararlanması üçün mühüm addımlar atıb"
15:52 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT. AZ/ "İnformasiya və kommunikasiya texnologiyaları hər bir ölkənin ümumi inkişaf dinamikasını göstərən bir sahədir və müasir dövrdə İKT-nin inkişafı bütün ölkələrdə prioritet istiqamətlərdən biri hesab olunur".
"Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə birinci Nazirlər Toplantısında çıxışı edərkən bildirib.
"Azərbaycan üçün İKT nisbətən yeni sahədir, amma buna baxmayaraq ölkə bu sahədə bir sıra uğurlar əldə edib. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması üzrə siyasətin aparılması dövlət idarəçiliyində, biznes sektorunda, ümumiyyətlə cəmiyyətdə hər bir vətəndaşın İKT imkanlarından yararlanması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. 2013-cü ildə Azərbaycanda İKT-nin inkişafı növbəti mərhələyə keçib. 2013-cü ildə “Azerspace-1” orbitə çıxarılıb və bununla da ölkə kosmik dövlətlərdən birinə çevrilib. Hazırda “Azerspace-2" peykinin orbitə çıxarılması üzrə işlər aparılır. Bir çox ölkələrin dövlət və özəl qurumları mövcud peyklərin xidmətlərindən istifadə edir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə həmişə hazırıq və türkdilli dövlətləri təmsil edən təşkilatları İKT xidmətlərimizdən istifadəyə dəvət edirik. İKT sahəsi daim inkişaf edən sahədir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin artırılması vacib şərtdir”, - deyə nazir qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/nazir-azerbaycan-vetendaslarin-i-kt-imkanlarindan-yararlanmasi-ucun-muhum-addimlar-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR