12 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə keçəcək

12 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə keçəcək
15:57 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində (İRD) SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirib ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri artıq şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə edib. 
Qeyd edək ki, SOCAR-da ödənişsiz təcrübə keçmək üçün 39 nəfər məntiq üzrə test imtahanında iştirak edib, imtahandan uğurla keçən 22 nəfər könüllü müsahibə mərhələsinə dəvət olunub, bu mərhələdə isə 12 nəfər seçilib.
Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin “Azneft” İB-də, baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına NEZ-də ödənişsiz təcrübə keçmələri nəzərdə tutulub. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/asan-konulluleri-socar-da-tecrube-kececekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR