Bakıda gənc oğlan energetik içkidən zəhərləndi

Bakıda gənc oğlan energetik içkidən zəhərləndi
15:57 29 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlan energetik içkidən zəhərlənib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Rəşadət İsmayıl oğlu Bağırov "Bizon" energetik içkisindən zəhərlənib. 
 
Həkimə müraciət edən gəncin mədəsi yuyulub. Əldə etdiyimiz məlumata görə, Rəşadət energetik içkini Şərifzadə küçəsində yerləşən "Okean" marketdən alıb. Mağazaya müraciət edən gəncin yaxınları məhsulun tərkibi ilə bağlı şikayət ediblər. 
 
Mağazanın satıcısı isə artıq bir neçə dəfə bu cür şikayətlərlə rastlaşdıqlarını və bu barədə istehsalçı şirkətə məlumat verdiklərini bildirib. 
 
Məsələ ilə bağlı BAKU.WS "BİZON" energetik içkilərinin Azərbaycan distributoru olan "Avrora" firması ilə əlaqə saxlayıb. Firmadan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və qısa zamanda məlumat veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR