Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

HDP-li qadın 230 il müddətinə həbs edilə bilər

HDP-li qadın 230 il müddətinə həbs edilə bilər

Date: 29 November 2016 15:58

Türkiyənin Diyarbəkr Böyükşəhər Bələdiyyəsinin keçmiş başçısı Gültan Kışanakın 230 il azadlıqdan məhrum edilməsi barədə iddia qaldırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi silahlı terror təşkilatı qurmaqda, idarə etməkdə və 41 dəfə terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.

Diyarbəkr Respublika Baş prokurorluğu tərəfindən hazırlanan ittihamnamə Diyarbəkr 8-ci Kriminal Məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Gültan Kışanak oktyabrın 31-də həbs edilib.

Gültan Kışanak bu ilin fevral ayında təhlükəsizlik güclərinin təşkil etdiyi müvəffəqiyyətli əməliyyatlarla məğlubiyyətə uğrayan PKK terrorçularını ruhlandırıb. PKK-nın siyasi qanadı KCK-nın nümayəndələri ilə görüşən Kışanak Rusiyadan hərbi köməyin gələcəyini deyib.

“Müqavimət göstərin, Rusiyanın...” – Türkiyənin düşmənlərinə ŞOK ÇAĞIRIŞ

Ömər Dağlı


Tags:  HDP-li qadın 230 il müddətinə həbs edilə bilər

RƏYLƏR


Top news