Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda ölən 7 yaşlı qızla bağlı TƏFƏRRÜATLAR

Lənkəranda ölən 7 yaşlı qızla bağlı TƏFƏRRÜATLAR

Date: 29 November 2016 15:59

Lənkəranda 7 yaşlı qızın ölümünün bəzi təfərrüatları məlum olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər 7 saylı orta məktəbinin II sinif şagirdi Xədicə Ramin qızı Ağayevanın bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

 

Məlumata görə, noyabrın 28-də dərsdə halı pisləşən qızın vəziyyəti barədə həmin tədris müəssisəsində çalışan anası Nərgiz Ağayevaya xəbər verilib. Uşağın atası Ramin Ağayev də məktəbə gedib və azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin müayinəsindən və ilkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra Xədicə Ağayevanın vəziyyəti yenidən pisləşib və orada keçinib.

Lənkəran MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, Xədicə Ağayeva 7 aylıq doğulub. Körpəlikdən epilepsiya, şəkər, ağ ciyər ödümü, ensepolipatiya kimi xəstəliklərdən əziyyət çəkib.

Azyaşlı bu gün torpağa tapşırılıb.




Tags:  Lənkəranda ölən yaşlı qızla bağlı TƏFƏRRÜATLAR


RƏYLƏR


Top news