Gələn il Bakı-İstanbul-Mexiko aviareysinin açılışı planlaşdırılır

Gələn il Bakı-İstanbul-Mexiko aviareysinin açılışı planlaşdırılır
16:02 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Gələn il Bakı-İstanbul-Mexiko aviareysinin açılışı planlaşdırılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
Meksika və Azərbaycan arasında birbaşa hava əlaqələrinin yaradılması haqqında danışan diplomat iki ölkənin paytaxtları arasında məsafənin böyük olmasına və Meksika coğrafiya mürəkkəbliyinə görə birbaşa aviamarşrut yaradılmasının texniki cəhətdən olduqca çətin olduğunu bildirib.
"Gələn il Bakı-İstanbul-Mexiko aviareyslərini açmağı planlaşdırırıq. Bu, real plandır və biz bu istiqamətdə danışıqlar aparırıq" - səfir vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/gelen-il-baki-i-stanbul-mexiko-aviareysinin-acilisi-planlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR