Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Tsıqan” ləqəbli azərbaycanlı kriminal avtoritetin vəkili məhkəmədən vaxt istəyib

“Tsıqan” ləqəbli azərbaycanlı kriminal avtoritetin vəkili məhkəmədən vaxt istəyib

Date: 29 November 2016 16:02

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, ilkin qərardan kassasiya şikayəti vermək üçün müvəkkili ilə danışmaq istədiyini deyib. Vəkil məhkəmədən vaxt istəyib və onun vəsatəti təmin olunub.
Proses dekabrın 13-dək təxirə salınıb.
Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.
O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır.


Tags:  Tsıqan ləqəbli azərbaycanlı kriminal avtoritetin vəkili məhkəmədən vaxt istəyib

RƏYLƏR


Top news