Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təyyarə qəzasında məhv olan "Şapekoense"nin uğur hekayəsi

Təyyarə qəzasında məhv olan "Şapekoense"nin uğur hekayəsi

"Chapecoense" qəzaya uğrayan təyyarədə olmayan futbolçu ilə bağlı qərar verdi (03 Mart 2017 22:27)
"Şapekoense"nin qəzada sağ qalan qapıçısı Paralimpiya Oyunlarında çıxış etmək istəyir (22 Fevral 2017 14:22)
"Şapekoense" qəzasında yaralıları xilas edən yeniyetmə mükafatlandırıldı (14 Fevral 2017 14:13)

Tarix: 29 Noyabr 2016 16:07

Təyyarə qəzasına düşən Braziliyanın "Şapekoense" klubu son illər uğurlu çıxışı ilə diqqəti çəkib. Fanat.Az xəbər verir ki, komanda 5 il ərzində D Seriyasından A Seriyasına yüksəlib.

2009-cu ildə D Seriyasına çıxan "Şapekoense" 2012-də artıq C Seriyasında mübarizə aparırdı. 2013-cü ildə B, 2014-də A Seriyasına yüksələn komanda bu il "Copa Sudamericana"nın finalına çıxmışdı. 

Qeyd edək ki, "Neftçi"nin sabiq kapitanı Flavinyonun ötən il forma geyindiyi klubda qəzayadək Azərbaycanda oynamış iki futbolçu oynayırdı. Bunlardan biri - Tyeqo de Xesus 2013/14 və 2014/15 mövsümlərinin bir hissəsində "Xəzər Lənkəran"da forma geyinib (33 oyun, 2 qol). Digəri - Filipe Maşado isə 2010-2011-ci illərdə Bakı "İnter"ində top qovub (11 oyun). Hər iki futbolçunun qəzada öldüyü bildirilir.

Fanat.Az


Teqlər:  Təyyarə qəzasında məhv olan Şapekoensenin uğur hekayəsi



RƏYLƏR


Top xəbərlər