Təyyarə qəzası ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub

Təyyarə qəzası ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub
16:07 29 Noyabr 2016
376 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Braziliya prezidenti Mişel Temer "Şapekoense" klubunun futbolçularının təyyarə qəzasında vəfatı ilə əlaqədar başsağlığı verib. "Report"un məlumatına görə, dövlət başçısı qəza qurbanlarının yaxınları və əzizlərinin ağrılarını yüngülləşdirmək üçün mümkün olanı edəcəyini bildirib.
Faciəvi hadisə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.
Qeyd edək ki, "Şapekoense" Kolumbiyaya "Atletiko Nasyonal"la Cənubi Amerika Kubokunun finalına yollanarkən, təyyarə qəzasına düşüb. Qəza nəticəsində 76 nəfər ölüb. Qəzadan sağ çıxanlardan qapıçı Danilu isə xəstəxanada dünyasını dəyişib. İki oyunçu, klub masajçısı və stüardessanın isə vəziyyəti sabit qiymətləndirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/teyyare-qezasi-ile-elaqedar-braziliyada-3-gunluk-matem-elan-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR