"Qəbələ"də 4 yeni məşqçi

"Qəbələ"də 4 yeni məşqçi
10:27 6 Yanvar 2015
219 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb.

Milli.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışından etibarən 5 çalışdırıcı kömək edəcək.
  
Onlardan biri – Sənan Qurbanov bunadək çalışdığı postunda işinə davam edəcəksə, digər 4 məşqçi komandada bu gündən işə başlayıb. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcəklər. Hər iki ukraynalı mütəxəssis Odessa “Çernomorets”ində də baş məşqçimizlə birgə çalışıb.
  
1962-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olan Savka son 4 ildə Odessa təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Futbolçu kimi “Zvezda” (Kirovoqrad), “Prikarpatye” (İvano-Frankovsk), “Bukovina” (Çernovtsı), “Metallurq” (Zaporojye), “Karpatı” (Lvov), “Kaluş” və Slovakiyanın “Slobod” klublarında çıxış etmiş mütəxəssis baş məşqçi kimi “Texno-Sentr” (Roqatin) və “Energetik”ə (Burştın) rəhbərlik edib.
  
2011-ci ilin yayından “Qəbələ”yə gələnədək “Çernomorets”də işləyən Matveyev futbolçu karyerasında daha çox klubun şərəfini qoruyub. O, “MOİK-Borisfen” (Kiyev), MOİK (Kiyev), “Prikarpatye” (İvano-Frankovsk), “Volın” (Lutsk), “Tısmenitsa”, “Torpedo” (Zaporojye), “İOEUGİM-Metallurq” (Zaporojye), “Çernoqora” (İvano-Frankovsk), “Borisfen-2” (Borispol) və “Avropa”da (Priluki) çıxış edib. “Borisfen-2” (Borispol), “Boreks-Borisfen” (Borodyanka), “Borisfen” (Borispol), “Metallurq” (Donetsk),”Knyaja” (Sçastlivoye), “Prikarpatye” (İvano-Frankovsk) klublarında baş məşqçi, “Lvov”da köməkçi kimi çalışıb.
 
“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko isə həmkarları ilə müqayisədə daha gəncdir. 1974-cü il təvəllüdlü məşqçi qolkiper kimi “Torpedo” (Zaporojye), “Zvezda” (Kirovoqrad), “Metallurq” (Zaporojye) və “İliçevets”də çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirən Qluşenko “Metallurq”da (Zaporojye) məşqçi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin martında “Çernomorets”ə keçən gənc çalışdırıcı “qırmızı-qaralar”la anlaşanadək bu klubda işləyib.

Digər mütəxəssis Anatoli Korotiya "Qəbələ"də elmi-metodiki sahədə fəaliyyət göstərəcək. O, komandada məşqçi-analitik kimi çalışacaq.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR