Tramp və Putin "İlin adamı"na namizəddir

Tramp və Putin "İlin adamı"na namizəddir
16:22 29 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Amerikanın "Time" jurnalının hər il seçdiyi "Person of the year" (İlin adamı) nominasiyasına namizəd göstərilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Putinin 3-cü sırada yer aldığı namizəd siyahısının ilk pilləsində ABŞ-ın yeni prezidenti Donald Tramp qərarlaşıb. 

"Wikileaks" saytının qurucusu Culian Assanc isə 2-ci sırada yerləşir.

Siyahıda, həmçinin İngiltərənin "Brexit" qərarından sonra baş nazir kürsüsünə keçən Teresa May, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-da prezident seçkilərində məğlub olan Hillari Klinton yer alıb.

"Time" jurnalı ənənəvi olaraq özünün hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir.

Jurnal 2007-ci ildə Vladimir Putini "İlin adamı" seçib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR