Aydın Mirzəzadənin “Qarabağ düyünü” adlı kitabı Rusiyada erməni dilində nəşr edilib

Aydın Mirzəzadənin “Qarabağ düyünü” adlı kitabı Rusiyada erməni dilində nəşr edilib
16:22 29 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadənin “Qarabağ düyünü” adlı kitabı Rusiyanın Sankt-Peterburq şəhərində  erməni dilində çap olunub.  
"Report"un xəbərinə görə, A.Mirzəzadə bildirib ki, 400 səhifəlik kitab 300 tirajla nəşr edilib. 
Onun sözlərinə görə, ilk dəfədir azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilən əsəri erməni dilində iri kitab həcmində xaricdə çap olunub: "Kitab Dağlıq Qarabağ probleminin tarixinə, müasir vəziyyətinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalından doğan problemlərə həsr edilib. Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsni işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilib, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib".
A.Mirzəzadə deyib ki, həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib, Xocalı faciəsinə dair xüsusi fəsil verilib, faciənin törənmə səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstərilib.
Kitabda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib. Nəşrin xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Bir hissəsi isə Azərbaycan kitabxanalarına, universitetlərinə paylanmaq və tədqiqatçılara təqdim edilmək üçün Azərbaycan gətirilib. 
Kitab xaricdəki Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə nəşr edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/aydin-mirzezadenin-qarabag-duyunu-adli-kitabi-rusiyada-ermeni-dilinde-nesr-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR