Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanda saxta diplomlar hazırlamaqda şübhəli bilinən qrup tutulub

Gürcüstanda saxta diplomlar hazırlamaqda şübhəli bilinən qrup tutulub

Date: 29 November 2016 16:22

Bakı. 29 noyabr. REPORT.AZ/ Gürcüstanda saxta diplom hazırlamaqda şübhəli bilinən qrup zərərsizləşdirilib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Antikorrupsiya Agentliyinin əməkdaşları bununla bağlı axtarış-əməliyyat tədbiri həyata keçiriblər.
Nəticədə Qardabani əyaləti, Vaxtanqisi rayonu administrasiyasının başçısı Ester K., David Quramaşvili adına “İberiya” Beynəlxalq Təhsil Universitetinin direktoru David Ç., habelə Fatima Ç. və Zurab Q. adlı Gürcüstanın daha iki vətəndaşı tutulub.
“İberiya” Universitetinin direktoru və Gürcüstan vətəndaşlarından biri ölkənin müxtəlif universitetlərinin, o cümlədən Tbilisi Dövlət Universitetinin saxta diplomlarını əvvəlcədən razılaşdırmaqla hazırlayırmış. Onlar belə bir diplomu 3 500 dollara satırmışlar.
Faktla bağlı cinayət işi açılıb.


Tags:  Gürcüstanda saxta diplomlar hazırlamaqda şübhəli bilinən qrup tutulub

RƏYLƏR


Top news