Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Udsaydıq, 15 min avro alacaqdıq"

"Udsaydıq, 15 min avro alacaqdıq"

Date: 29 November 2016 16:27

"Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi paytaxtımıza heyran qaldığını bildirib:

"Bakı böyük və fantastik şəhərdir. Bura ilk dəfə gələndə heyran olmuşdum. Gözəl və rahat şəhərdir. Azərbaycanda futbol oynamağım üçün hər bir şəraitim var. Oyunlarımızı stadiondan Robert Prosineçki də izləyir. Şəhərdə olduğum restoranlara Prosineçki də gedir".

Ozobiç oyunundan razı qaldığını söyləyib:

"Bu mövsüm öz oyunumdan çox razıyam. Rəqəmlər hər şeyi demir. Ümumi götürsək, meydanda gördüyüm iş məni qane edir. Komandam üçün lazımlı qollar da vurmuşam. Futbolda statistika məni bir o qədər də narahat etmir".

Xorvatiyalı futbolçu bu gün "Qarabağ"a qarşı keçirəcəkləri matçdan da danışıb:

"Üzərimizdə təzyiq var. Çünki Avropa Liqasında uğursuz çıxış etdik. Əslində, yaxşı oynayırıq, amma nəticə qazana bilməmişik. "Qarabağ"la matçda azarkeşlərimiz bizdən qələbə gözləyir. "Qarabağ"ın heyətində çıxış edən güclü azərbaycanlı futbolçular var. Rəqibimiz ardıcıl 3 dəfə Azərbaycan çempionu olub. Buna baxmayaraq ilk dövrədə biz qalib gəlmişdik. Şansları bərabər hesab edirəm".

Ozobiç "Qəbələ" ilə yeni müqavilə imzalamağa etiraz etməyəcəyini söyləyib:

"Bu haqda bilmirəm. Amma etiraz etmərəm".

25 yaşlı yarımmüdafiəçi ölkəmizdə futbola az həvəsin olduğunu vurğulayıb:

"Bakıda gəzəndə məni tanıyan çox azdır. Burada futbola həvəs tam yüksək deyil. Amma inkişaf edəcək".

O, Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda "Anderlext"lə oyundan söz açıb: 

"Əgər qalib gəlsəydik, klub futbolçulara 15 min avro mükafat verəcəkdi. Qələbəyə yaxın idik, amma bəxtimiz gətirmədi".

Filip mətbuata tez-tez müsahibə vermədiyini bildirib:

"Bir mətbuat orqanı müsahibə üçün dəfələrlə yazır, xahiş edir və mən də etiraz etmirəm. Oyundan sonra isə bəzən jurnalistlərə müsahibə verirəm. Amma tez-tez müsahibə vermirəm.".

Ozobiç Xorvatiya klubları ilə "Qəbələ"ni belə müqayisə edib:

"Xoratiyanın 1-2 klubunu çıxmaq şərti ilə, "Qəbələ"ni digər komandalarla müqayisə etmək düzgün olmaz. Çıxış etdiyim komanda ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib".

Milli.Az


Tags:  Udsaydıq 15 min avro alacaqdıq

RƏYLƏR


Top news