Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycana gələn turistlər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər

Azərbaycana gələn turistlər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər

CNN Money: Azərbaycan dünyanın ən məhşur turizm məkanlarından biridir (20 Mart 2017 23:34)
CNN Money: Azərbaycan dünyanın ən məşhur turizm məkanlarından biridir (20 Mart 2017 22:17)
İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirəcək (17 Mart 2017 09:13)

Tarix: 29 Noyabr 2016 16:37

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasına gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər.
"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Teqlər:  Azərbaycana gələn turistlər ASAN Viza sistemi vasitəsilə elektron viza ala biləcəklər



RƏYLƏR


Top xəbərlər