Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb

Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb
16:37 29 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb.
"Report"un xəbərinə görə, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycanda-uc-yasinadek-usagini-tekbasina-boyuden-valideynlerin-is-saati-azaldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR