"Yox" cavabı alan azərbaycanlı qız ağlayıb studiyadan getdi - video

"Yox" cavabı alan azərbaycanlı qız ağlayıb studiyadan getdi -  video
16:41 29 Noyabr 2016
351 Şou
Ölkə mətbuatı
A- A+

“Star TV”də yayımlanan “Zuhal Topal”la izdivaç verilişinə qatılan azərbaycanlı gəlin namizəd Fatimə göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, Fatimənin namizəd olduğu Deniz açıqlamaları ilə hamını təəccübləndirib.

O, Fatimə ilə münasibətinə son qoyduğunu deyib:

“İlk gəldiyin gün kimi deyilsən, dəyişdin. Efirdən kənarda nələr yaşadığımızı biz bilirik. Fatiməyə təkcə Baharla əlaqə qurmasına icazə verdim. Bahar getdikləri hər yeri mənə yazıb, icazə alırlar. Həftəsonu başqasıyla görüşüb, başqa yerə gedib. Sonra sosial şəbəkədə paylaşılan bir fotosunun altında xoşagəlməz sözlər yazıb. Uşaq kimi davranır, bu da bir yerə qədər. Mənə Fatimə ilə bağlı şəkillər göndərirlər, xoşagəlməz sözlər yazırlar. Heç birinə əhəmiyyət vermirəm. Oteldə Baharla birlikdə qalmasını istədim, kimləsə küçəyə çıxmasına icazə vermədim. Onu tanıdığıma məmnun oldum. Amma münasibəti bitirirəm".
 
Kövrələn Fatimə ünvanına xoşagəlməz sözlər yazıldığını söyləyib:

“Şənbə günü ona hara getdiyimi dedim. Əvvəlcə səhər yeməyinə yollandıq. Sonra Zeliha ilə alış-verişə getdiyimi yazdım. Əvvəl ona yazdım, amma cavab vermədi. Mənim haqqımda xəbərlər çox yayılıb. Fotomodel olmuşam, gəlinlikdə şəkillərim var. Bunla bağlı xoşagəlməz ifadələr yazırlar. Haqqımda bilmədən nələr yazırlarsa, cavabını verdim".

Danışa bilməyən fatimə studiyanı tərk edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR