Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri ilə görüşüb

Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri ilə görüşüb
16:42 29 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Marta Pyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Xələf Xələfov II Dünya müharibəsi illərində Azərbaycana aviasiya təlimləri almaq üçün gəlmiş ilk ispan gənclərinin fəaliyyəti haqqında danışaraq, həmin şəxslərin aviasiya təlimlərinə yiyələndikdən sonra Azərbaycanda və keçmiş SSRİ-nin digər bölgələrində faşizmə qarşı mübarizəsi haqqında ətraflı məlumat verib.
O, ispaniyalı aviatorların II Dünya müharibəsi zamanı Azərbaycan xalqı ilə birgə düşmənə qarşı mübarizədə göstərdikləri şücaət və qəhrəmanlığa görə xalqımızin yaddaşında daim qalacaqlarını və hər zaman böyük hörmət və ehtiramla anılacaqlarını vurğulayıb. X.Xələfov bu xüsusda ispaniyalı aviatorların şərəfinə Gəncə şəhərində muzeyin təsis edildiyini diqqətə çatdırıb.
Xələf Xələfov Azərbaycan və İspaniya xalqları arasında tarixi oxşarlıqların və yaxşı münasibətlərin olduğuna diqqəti çəkərək, bu səfərin xalqlarımız arasında təmasların artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərə toxunan Xələf Xələfov bu münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirib. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin İspaniya ilə həm də iqtisadi əməkdaşlığı gücləndirmək niyyətini ifadə edib. X.Xələfov həmçinin turizm, mədəni-humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyinin İspaniya tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez təşkilat üzvlərinin və ispaniyalı aviatorların ailə üzvlərinin XİN tərəfindən qəbul edilməsinin yüksək qiymətləndirildiyini bildirdi və onlara Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ispan aviatorların Azərbaycan xalqı tərəfindən böyük ehtiramla xatırlanması və bu xüsusda onların xatirəsini əbədiləşdirmək üçün Gəncə şəhərində təsis edilmiş muzeyə görə İspaniya səfirliyi və təşkilat adından yüksək minnətdarlıq ifadə edib.
İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri, tarixçi Akilino Marta Pyer çıxış edərək 1936-1939-cu illərdə İspaniyada siyasi və hərbi vəziyyət, ispan gənclərin xarici ölkələrə, o cümlədən Azərbaycana aviasiya təlimi almaq üçün göndərilməsi, onların faşizmə qarşı mübarizəsi, eləcə də təşkilatın yaranma səbəbləri barədə məlumatları bölüşüb. O, İspaniya Aviatorlar Assosiasiyasının siyasi təşkilat olmasa da, iki ölkə arasında siyasi əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Görüşdə ispaniyalı aviatorların ailə üzvləri də öz təəssüratlarını bölüşərək, hər zaman Azərbaycan dövləti və xalqı haqqında yüksək fikirdə olacaqlarını diqqətə çatdırıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xelef-xelefov-i-spaniya-aviatorlar-assosiasiyasinin-rehberi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR