Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarus Azərbaycana "Polonez" raketləri satacaq?

Belarus Azərbaycana "Polonez" raketləri satacaq?

Date: 29 November 2016 16:47

İlham ƏliyevAleksandr Lukaşenko arasında Bakıda keçirilmiş danışıqlarda Azərbaycana Belarusda istehsal olunmuş "Polonez" yaylım atəşi raket sistemlərinin satışı məsələsi müzakirə oluna bilərdi.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Belarus KİV iki ölkə liderlərinin danışıqlarının yekunları ilə bağlı bu barədə yazıb.

Belə ki, belaruslu hərbi ekspert Aleksandr Alesin deyib ki, Ermənistanın "İskəndər" operativ-taktiki kompleksləri əldə etdiyi dövrdə Azərbaycan "Polonez" YARS-ın alınmasında maraqlıdır.

Alesin güman edir ki, "Polonez"lərin Azərbaycana satışı ilə bağlı Lukaşenko Moskvada Putinlə məsləhətləşə də bilərdi. Başqa sözlə, burada Kremlə qarşı nəsə axtarmaq düzgün deyil.

Milli.Az


Tags:  Belarus Azərbaycana Polonez raketləri satacaq


RƏYLƏR


Top news