Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail prezidentindən AZAN AÇIQLAMASI

İsrail prezidentindən AZAN AÇIQLAMASI

Date: 29 November 2016 16:47

İsrail prezidenti Rivlin azan oxunmasına bəzi məhdudiyyətlər gətirən qanununa qarşı olduğunu açıqlayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İsrail radiosunun xəbərinə görə, Qərbi Qüdsdəki ofisində müsəlman din adamları ilə bir araya gələn Reuven Rivlin azanın səsucaldıcı ilə oxunmasını qadağan edən qanuna qarşı olduğunu və buna ehtiyac olmadığını ifadə edib.

Rivlinin bu qanun layihəsinin qəbul edilməməsi üçün əlaqədar şəxslərlə görüşəcəyinə söz verdiyi və "İsrail ibadət azadlığına hörmət göstərən bir dövlətdir və ölkədəki bütün azlıqlar üçün din azadlığı qanununa bağlıdır" dediyi bildirilir.

Xatırladaq ki, İsraildə "azanın səs-küy yaratdığı" iddiası ilə irəli sürülən azan qadağası ilə bağlı qanunun Qanunvericilik işləri üzrə nazirlik komissiyasında səsə qoyulması gözlənilirdi.

Təhməz Təkin
Milli.Az


Tags:  İsrail prezidentindən AZAN AÇIQLAMASI

RƏYLƏR


Top news