Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hal şahidləri olmadan axtarış aparılmasına icazə veriləcək

Hal şahidləri olmadan axtarış aparılmasına icazə veriləcək

Date: 29 November 2016 16:49

Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmə və hakimlər haqqında" qanuna və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik müzakirə edilib.

 

APA-nın məlumatına görə, “Məhkəmələr və hakimlər haqqında” qanunun 101-ci maddəsinə edilən dəyişikliyə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür.
 

Məcəllənin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişlərə görə isə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan veriləcək, eyni zamanda bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutulacaq.

 

Layihələr səsə qoyularaq qəbul olunub. 


Tags:  Hal şahidləri olmadan axtarış aparılmasına icazə veriləcək


RƏYLƏR


Top news