CAR-dan Azərbaycanın Afrika bazarına çıxmasına dəstək

CAR-dan Azərbaycanın Afrika bazarına çıxmasına dəstək
16:52 29 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikası (CAR) Azərbaycana öz maraqlarının Afrika Birliyində təşviq olunmasında yardım göstərməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri CAR-ın xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane deyib: "Biz Afrika bazarına çıxması üçün Azərbycanın Afrika Birliyində müşahidəçi statusunu geniş şəkildə istifadə etməsini dəstəkləməyə hazırıq."

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da deyib ki, Azərbaycan Afrika qitəsində öz maraqlarını genişləndirmək niyyətindədir.

Dekabrın 8-9-u CAR-ın paytaxtı Pretoriyada Afrika Birliyinin XİN rəhbərlərinin görüşü keçiriləcək. Azərbaycan da bu görüşdə iştirak edəcək.

E.Məmmədyarov bildirib ki, Azərbaycan bu görüş çərçivəsində ASAN xidmətin təqdimatını keçirməyi planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR