Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərkəzi Bankın siyasəti Rusiyanın 10 trln. rubl itirməsinə səbəb olub

Mərkəzi Bankın siyasəti Rusiyanın 10 trln. rubl itirməsinə səbəb olub

Date: 29 November 2016 16:52

Bakı. 29 noyabr. REPORT.AZ/ "Rusiya Bankının (Mərkəzi Bank) mövcud pul-kredit siyasətini "iqtisadi intihar" adlandırmaq olar və onun vurduğu zərər 10 trln. rubldan (153 mlrd. ABŞ dolları) coxdur". "Report"un "RBC" saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin müşaviri Sergey Qlazyev "Kommersant" qəzetinə açıqlamasında bildirib. 
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı son illərdə süni olaraq staqflyasiyaya sürükləndirilərək, texnologiya baxımından sürətlə geriləməyə məhkum edilib: "Rusiya Bankının inflyasiya hədəflənməsinə əsaslanan mövcud monetar siyasəti nəticəsində ölkə 10 trln. rubldan çox istehsal olunmayan mal və 3 trln. rubl (46 mlrd. dollar) qoyulmayan investisiyalar olmaqla itkilərlə üzləşib. Bu dövr ərzində işsizlik artıb, əhalinin real gəlirləri azalıb".
S.Qlazyev bildirib ki, Rusiya Bankının ən böyük səhvi rublun sabit məzənnəsinin qorunmasından vaz keçməsi olub. Xarici şoklara qarşı iqtisadiyyatı qorumaq üçün tətbiq olunan "üzən məzənnə" rejimi iqtisadiyyatın geriləməsinə, gələcəkdə yeni devalvasiya və inflyasiya dalğasına gətirib çıxaracaq.
"Bir an gözləmədən xarici ölkələrin elmi təklifləri və təcrübəsinə uyğun olaraq düzgün monetar siyasətə keçmək lazımdır", - deyə müşavir qeyd edib.


Tags:  Mərkəzi Bankın siyasəti Rusiyanın 10 trln rubl itirməsinə səbəb olub

RƏYLƏR


Top news