Türkiyə kəşfiyyatı PKK və YPG-nin (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı-red) Almaniya planını de-şifrə edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələr Atatürk hava limanında PKK-nın şəhərlərdə fəaliyyət göstərən təşkilatı KCK-nin Türkiyə üzrə "nümayəndəsi" Sara Aktaşa qarşı əməliyyat keçiriblər. Aktaş Ruken Şahin adlı saxta pasportla tutulub.
Həmin dəqiqələrdə digər qrup Sabiha Gökçen hava limanında da əməliyyat keçirib. YP-nin rəhbərliyində təmsil olunan Suriya vətəndaşı M.K. həbs olunub. O da Aktaş kimi saxta pasportla Almaniyaya getmək istəyib.
Məlumatlara görə, YPG-li M.K. və Sara Aktaş Almaniyada PKK-nın Avropadakı liderləri ilə görüşərək, bölgədə həyata keçirmək istədikləri yeni xaos planının və yeni terror hücumlarının təlimatını alacaqlarmış.
Milli.Az