Eltonun "paxıl" adlandırdığı Brilliant Dadaşova ilə bağlı arzusu

Eltonun "paxıl" adlandırdığı Brilliant Dadaşova ilə bağlı arzusu
17:12 29 Noyabr 2016
81 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev duet oxumaq istədiyi müğənnilərin adını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "5/5" verilişində "paxıl" adlandırdığı xalq artisti Brilliant Dadaşova ilə bağlı arzusunu bölüşüb:

"Xumar Qədimova ilə duet oxumaq istəyərəm. Məclislərdə bir araya gəlmişik, oxumuşuq, amma peşəkar ifamız olmayıb. Bir də Brilliant Dadaşova ilə duet oxumaq arzum olub. İfaçı var kimisə dinləyir, gəlir sənətə, ondan bəhrələndiyini danır. Əli çörəyə çatandan sonra deyir, heç kimə qulaq asmıram. Bu, mümkün deyil".

E.Hüseynəliyev aparıcı Zaur Kamalın "Toy, efir, yoxsa studiya müğənnisisən" sualına belə cavab verib:

"Mənə toy müğənnisi deyilsə, yaxşı olar. Çünki daha çox toylarda oluram. Mənim tənbəlliyim var. Tez həvəsdən düşüb, ara verirəm, bir müddət oxumuram. Bizim borcumuzdur xalqımızın önündə oxumaq".

Qeyd edək ki, E.Hüseynəliyev açıqlamalarından birində xalq artisti Brilliant Dadaşovanı paxıl adlandırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/494173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR