Yetkinlik yaşına çatmayanlarla bağlı qanun dəyişdirildi

Yetkinlik yaşına çatmayanlarla bağlı qanun dəyişdirildi
17:13 29 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyənləşib.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.

Bildirilib ki, yeni qanun layihəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirəcək. Layihə səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR