Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşdı - FOTO

"Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşdı - FOTO

Kişilərin ağlını başından alan 50 min rus gözəli - FOTOLAR (23 Fevral 2017 13:58)

Tarix: 29 Noyabr 2016 17:17

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2016-cı il üzrə keçirilən 3-cü qrant müsabiqəsinin qalibi olan ""Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat" layihəsinin seçim turları yekunlaşıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarında Bakı şəhərini əhatə edən 4 rayon məktəblərindən ümumilikdə 100 iştirakçı faydalanıb.

Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında iştirak edən ümumilikdə 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya kimi humanitar biliklərə əsaslanan ümumidünyagörüşü və məntiqi bilikləri əhatə edən "Parlaq Zəka" intellekt şousu formatında keçirilən oyunda öz bilik və bacarıqlarını sınayıblar.

Qeyd edək ki, Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında qalib gələn komandalar dekabr ayında Bakı şəhəri üzrə keçirilən final mərhələsində rayonlarını təmsil edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az









Teqlər:  Parlaq Zəka intellektual oyunu üzrə məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşdı FOTO



RƏYLƏR


Top xəbərlər