Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanın intellektual birincisi" layihəsinin regional turnirləri yekunlaşıb - FOTO

"Azərbaycanın intellektual birincisi" layihəsinin regional turnirləri yekunlaşıb - FOTO

Date: 29 November 2016 17:22

"İrəli" İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi "Azərbaycanın intellektual birincisi" layihəsinin regional turnirləri yekunlaşıb.

Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin Lənkəran turniri və Şəki, Zaqatala, Qax, Balakən, Oğuz,Qəbələ rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki turniri keçirildi. Lənkəran rayonunda baş tutan açılış mərasimində "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib. Şəki şəhərində baş tutan açılış mərasimində Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, İRƏLİ İctimai Birliyinin sədr müşaviri Orxan Rüstəmov çıxış edərək gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə intellektual oyunların əhəmiyyətini vurğulayıb, dövlət gənclər siyasəti haqqında məlumat verilib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Açılış mərasimindən sonar 4 intellektual oyun("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı")oyunlarına start verilib

Şəki Regional seçim turunda "Xəmsə" və "Vətəni tanı" intellektual oyunlarında Balakən, "Axtar-tap" intellektual oyununda Şəki, "Nə? Harada? Nə zaman?" intellektual oyununda isə Qax rayonunun gəncləri qalib gəlib.

Lənkəran Regional seçim turunda "Vətəni tanı", "Axtar-tap", intellektual oyununda Lənkəran, "Xəmsə" intellektual oyununda Lerik rayonunun gəncləri qalib gəlib.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandılar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edildi.

Xatirladaq ki, İsmayıllı rayonunda keçirilən regional seçim turunda"Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarında Ağsu rayonu, "Xəmsə", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.Sabirabad rayonunda keçirilən regional seçim turunda"Axtar-tap", "Nə? Harada? Nə zaman?", "Xəmsə" intellektual oyunlarında Saatlı rayonu, "Vətəni Tanı" intellektual oyununda Neftçala rayonunun gənc intellektualları qalib olublar.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az










Tags:  Azərbaycanın intellektual layihəsinin regional turnirləri yekunlaşıb FOTO

RƏYLƏR


Top news