Milli Məclisdə internetdə saxta profillərlə böhtan atanlarla bağlı məsələ müzakirə olunub

Milli Məclisdə internetdə saxta profillərlə böhtan atanlarla bağlı məsələ müzakirə olunub
17:22 29 Noyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
“Report”un xəbərinə görə, deputat Fazil Mustafa deyib ki, dəyişiklik layihəsi çox aktual, son dərəcə vacibdir.
O bildirib ki, bir sıra insanlar xaricdə oturaraq və ya gizli olaraq bu işi həyata keçirirlər: “Başqa ölkələr tərəfindən yönləndirilən saytlar var ki, onlarla bağlı da araşdırma aparmaq lazımdır. Ola bilər ki, böhtan atmırlar, amma ölkənin imicinə ziyan vururlar”.
Deputat Elmira Axundova qeyd edib ki, bu dəyişiklik ölkənin birinci xanımına və onun ailə üzvlərinə də şamil olunmalıdır: “Mənəviyyatdan uzaq olan şəxlər ölkə rəhbərini ünvanına təhqirlər, nalayiq sölər yazmaqdan çəkinmirlər. Bu halın vüsət almasına səbəb prezidentin humanistliyidir. Bu dəyişikliklə heç bir mətbu orqana məhdudiyyət qoymuruq. Bəzi şəxslər, hətta ölkənin birinci xanımı, prezidentin ailə üzvləri barəsində çox mənəviyyatsız yazılar yazırlar. Bununla bağlı hüquqi tədbirlər görülməlidir. Dəyişiklik layihəsi prezidentin ailə üzvlərinə də şamil edilməlidir”.
Deputat həmçinin vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbacyanda da məişət zorakılığı baş verir: “Statistikaya görə qadınlara öz ərləri tərəfindən zorakılıq halları artır. Belə insanlar cəzaya layiqdirlər, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər. Buna görə də Cinayət Məcəlləsini bir sıra maddələrinə yenidən baxılmalıdır. Xüsusilə, ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı ölüm hökmünün tətbiq olunmasının vaxtıdır”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, ölüm hökmünün bərpa olunmasına ehtiyac yoxdur.
Deputatlardan Məlahət İbrahimqızı, Aqil Abbas, Tahir Mirkişili də internetdə təhqirin yayılmasının yolverilməz olduğunu bildiriblər.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 148 və 323-cü maddələrinə dəyişiklik təklif olunub. Dəyişiklik layihəsində internetdə yalan yayanların və böhtan atanların cəzalandırılması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisde-internetde-saxta-profillerle-bohtan-atanlarla-bagli-mesele-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR