Bakıda Türk Şurası dövlətlərinin İKT üzrə Nazirlər Toplantısı keçirilib

Bakıda Türk Şurası dövlətlərinin İKT üzrə Nazirlər Toplantısı keçirilib
17:32 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin İKT üzrə I Nazirlər Toplantısı keçirilib. "Report" xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın sahə üzrə nazirləri və nazir müavinləri iştirak ediblər.
İclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunub.
İclasda Türk Şurasının baş katibi, səfir Ramil Həsənov, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Qazaxıstanın informasiya və kommunikasiya nazirinin müavini Alan Azhibayev, Qırğızıstanın İKT Dövlət Komitəsinin sədri Bakat Şarşembiev çıxış ediblər. Qeyd edilib ki, türkdilli dövlətlərin peyk xidmətlərindən, elektron hökumət həlləri, kiber təhlükəsizlik istiqamətləri üzrə əməkdaşlıq əlaqələrinin genişləndirməsi üçün potensial imkanlar mövcuddur. Buna görə də, Şuraya üzv olan ölkələr perspektiv layihələrdə bu imkanlardan faydalanmalıdır.
Müzakirələrin sonunda İşçi Qrupunun kibertəhlükəsizlik, “Elektron hökumət”, TASİM layihəsi və peyk xidmətləri üzrə 4 alt qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakida-turk-surasi-dovletlerinin-i-kt-uzre-nazirler-toplantisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR