Spiker: “Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə diqqətli ol”

Spiker: “Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə diqqətli ol”
17:33 29 Noyabr 2016
150 Ölkə
Ölkə mətbuatı
A- A+

“Sosial şəbəkələrdə məndən, Fəzail Ağamalıdan və Fazil Mustafadan çox söyülən deputat yoxdur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Aqil Abbas bildirib.

Deputat deyib ki, bəzən onun hər hansı müsahibəsi, açıqlaması sosial şəbəkələrdə konteksdən çıxarılaraq, yayımlanır və ona cavab olaraq, şərhlər yazılır:

“Bu şərhlərdə kim nə istəyirsə, yazır. Məni, həmkarlarımı təhqir edirlər. Bunun əsas səbəbi bizim demədiyimiz fikirlərin başqa cür təqdim edilməsidir. Bəzən biz müsahibə verən kimi təhqir olunuruq. Bütün bunlara son qoyulmalıdır, sosial şəbəkələrdə təhqir və böhtanlara ciddi nəzarət olunmalıdır. Təhiqir və böhtana yol verən saxta profillər belə araşdırılıb cəzalandırılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatları müsahibə verəndə diqqətli olmağa çağırıb:

“Mən Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə görün ki, kimə, hansı jurnalistlərə və saytlara müsahibə verirsiniz. Bu gün bir çox deputatlar gündəmdə qalmaq üçün müsahibə verməyə can atırlar. Əl çəkin də bu cür hərəkətlərdən. Mən spiker kimi Milli Məclisin deputatlarını qorumağa çalışıram”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR