Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Protez qoymada irəliləyiş edəcək yeni “3D” protez icad edilib

Protez qoymada irəliləyiş edəcək yeni “3D” protez icad edilib

Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir (27 Mart 2017 11:35)
Dünyanın ilk fil xəstəxanası bağlanır (17 Mart 2017 19:17)
Fillərin xəstəxanası bağlanır (17 Mart 2017 17:38)

Tarix: 29 Noyabr 2016 17:35

Alim Uilyam Rud protezləşdirmədə əsl inqilaba səbəb ola biləcək yeni innovativ texnologiyalı “3D” protez təqdim edib. Protezin “3D” printer və skaner vasitəsilə yaradılması onu maksimum həqiqi ayaq formalarına yaxınlaşdırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, “3D” printer və skaner vasitəsilə yaradılan qurğudan istifadə çox rahat və sadədir, eləcə də xoşgörkəmli xarici görünüşə malik olması başqa insanlarda qorxu hissi yaratmır. Qurğu sağlam ayağa maksimum dərəcədə oxşayır və analoqları ilə müqayisədə az çəkisi ilə seçilir. Bundan əlavə, protez əksər hallarda yalnız kosmetik funksiyanı yerinə yetirən əvvəlki texnologiyalardan daha funksionaldır.

“3D” protezin kütləvi istehsalına nə vaxt başlanacağı barədə məlumat verilmir.

Nizam Nuriyev 



Teqlər:  Protez qoymada irəliləyiş edəcək yeni 3D protez icad edilib



RƏYLƏR


Top xəbərlər