3 xalq artisti eyni tamaşada - FOTO

3 xalq artisti eyni tamaşada - FOTO
17:37 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Həmidə Ömərova Azərpaşa Nemətovun quruluşunda "Stullar" adlı əsərin tamaşasına hazırlaşır. Aktrisa bu dəfə də tamaşaçılarını teatr səhnəsindən salamlayacaq. O, bu haqda Milli.Az-a danışıb:

"Artıq bir neçə müddətdir ki, Azərpaşa Nemətovun quruluşunda "Stullar" əsərini məşq edirik. Tamaşanı bir dəfə təhvil vermişik, sadəcə, hal-hazırda primyeraya hazırlaşırıq deyə gündə məşq salınıb. Əsərin müəllifi Ejen Loneskodur.  O, rumın mənşəli fransız absurd dramaturqudur. Primyera dekabr ayının əvvəlində baş tutacaq. Tamaşanı Teatr Xadimləri İttifaqında nümayiş etdirəcəyik. Tamaşada məndən başqa xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov da iştirak edəcək. Bu, Azərbaycanda ilk absurd teatr tamaşasıdır".

Qeyd edək ki, aktrisa bundan əvvəl "Hasarın o üzü" tamaşasında baş rollardan birini canlandırmışdı.

Əli Rəhimoğlu
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/494191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR