Yuxulayan sürücü Goranboyda yol təsərrüfatına ciddi ziyan vurub

Yuxulayan sürücü Goranboyda yol təsərrüfatına ciddi ziyan vurub
17:42 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 322-ci km-də, magistralın Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov 99-HK-563 dövlət qeydiyyat nömrəli “DAF” markalı yəhərli dartıcılı yük maşını ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və yük maşını yol ayrıcında olan əyrixətli dəmir tirlərə çırpılaraq aşıb.
Yol ayrıcında olan 240 poqon metr uzunluğunda dəmir tirlər sıradan çıxıb. Bundan başqa, yük maşınında olan 28 ton mazutun cüzi bir hissəsi yola dağılıb. Yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün aşınmasının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb və dağılmış mazut yoldan təmizlənib.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol təsərrüfatına təqribən 20 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, sənədlər aidiyyəti üzrə göndərilib.
Qeyd edək ki, qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/yuxulayan-surucu-goranboyda-yol-teserrufatina-ciddi-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR