Ermənistan kommunistlərdən REFERENDUM TƏKLİFİ

Ermənistan kommunistlərdən REFERENDUM TƏKLİFİ
17:43 29 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Kommunist Partiyası rus dili haqqında məsələnin referenduma çıxarılmasını təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Taçat Sarkisyan bildirib.

Onun sözlərinə görə, rus dilinə dövlət statusunun verilməsi haqqında məsələni referendumda həll etmək lazımdır.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Eleonora Mitrofanova keçmiş SSRİ ölkələrində rus dilinə qanunverici statusun verilməsinə ehtiyac olduğunu bildirib. Ermənistan təhsil və elm naziri Levon Mkrtçyan bildirib ki, Ermənistan hakimiyyəti ölkədə rus dilinin inkişafında maraqlıdır, amma ona dövlət statusu vermək niyyətində deyil.

Onun sözlərinə görə, olduqca arzu olunandır ki, hər bir erməni rus dilini bilsin. "Amma bu bildirmir ki, həmçinin başqa dillərə malik olmaq lazım deyil", — "Ermənistanın Xəbərləri" agentliyi Sarkisyanın sözlərini gətirir.

“Sanki Ermənistanı Rusiyadan qopartmaq üçün “səlib yürüşü” başlanıb. Erməni xalqı əsrlər boyunca Rusiyanın müttəfiqi olub. Ermənistan Rusiya ilə birlikdə olmalıdır. Bu, erməni xalqına əhəmiyyətli vəsiyyətdir. Bir halda ki, bizim qonşumuz Türkiyədir”, - Kommunist Partiyasının başçısı bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR