Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

Date: 29 November 2016 17:46

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə 1 dekabr 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinləniləcək.

Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçin və Azərbaycanın Əməkdar Artisti, xanəndə Elnarə Abdullayeva tərəfindən xalq mahnıları da təqdim olunacaq.

 


Tags:  Bakıda Ustadlara sayğı gecəsi keçiriləcək

RƏYLƏR


Top news